Separatçıları Donetskdə banka hücum edərək 1,2 mln dollar oğurlayıblar
04 iyul 2014 05:28 (UTC +04:00)

Separatçıları Donetskdə banka hücum edərək 1,2 mln dollar oğurlayıblar

0

Silahlı Donetsk separatçıları sahibi ukraynalı milyarder İqor Kolomoyski olduğu “Privat Bank”ın Voroşilov filialına hücum edərək 1,2 mln dollar oğurlayıblar.


 

Lent.az-ın  “RBK”ya istinadən məlumatına görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat mərkəzi xəbər yayıb.

 

“Qarətçilər Ukrayna hökumətinin əmək haqqı üzrə təqaüdçülər üçün köçürdüyü 15 mln qrivendən (təxminən 1,2 milyon dollar)çox pul oğurlayıblar” - deyə, məlumatda bildirilir.   

 

İqor Kolomoyski  “Privat Bank”ın, habelə Dnepropetrovsk, Zaporojye və Odessa vilayətlərində yerləşən metallurgiya və maşınqayırma zavodlarının da daxil olduğu “Privat” sənaye-maliyyə qrupunun sahibidir.

 

Kolomoyski 2014-cü ilin martında Dnepropetrovsk vilayətinin qubernatoru təyin olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 828

Oxşar yazılar