Seksual xarakterli zorakılıq hərəkətlərində ittiham olunan kardinal istefa verdi
30 iyul 2018 00:30 (UTC +04:00)

Seksual xarakterli zorakılıq hərəkətlərində ittiham olunan kardinal istefa verdi

Katolik kilsəsinin ABŞ-dakı ən nüfuzlu şəxslərindən olan Kardinal Teodor Makkarrik uşaqlara qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunduğu üçün istefa verməyə məcbur edilib.

 

Lent.az-ın “oxu.az”a istinadən xəbərinə görə, keçmişdə Vaşinqton Baş Yepiskopluğu da daxil olmaqla, bir çox yüksək vəzifələrdə olan 88 yaşlı kardinal 45 il öncə Nyu-Yorkda işləyərkən bir uşağa qarşı cinsi istismarda günahlandırılır. İddia üzrə iş açılıb və dəlillər “inandırıcı və sağlam təməlli” hesab edilib. Bundan sonra keçən ay Papa Françeskonun tələbi ilə o, rahiblik vəzifələrindən uzaqlaşdırılıb. Makkarrik müzakirə mövzusu olan davranışlarını “xatırlamadığını” və “məsum olduğuna inandığını” dilə gətirib.

 

Qeyd edək ki, o, pedofillikdə günahlandırılaraq istefaya məcbur edilən ən yüksək rütbəli din xadimi hesab edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 539
avatar

Oxşar yazılar