Avropa Birliyinin məhkəməsi fransız Evre Eonun hüquq ilə bağlı şikayəti təmin edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, 2008-ci ildə Fransa prezidenti Nikolya Sarkozini təhqir etdiyi üçün məhkəmə onu 30 avro məbləğində cərimələyib.
Hakimin qənaətincə, Fransa hakimiyyəti Avropa Birliyinin insan haqlarının söz azadlığı ilə bağlı konvensiyasını Eona münasibətdə pozub.
Mənbə bildirib ki, 2008-ci ildə N.Sarkozi Lavala səfəri zamanı Evre Eon əlində prezidenti təhqir edən plakat tutubmuş. Bu hərəkətinə görə onu tutublar.
Məhkəmə qeyd edib ki, Eon əvvəllər Sarkozinin söylədiyi ifadədən işlətdiyi üçün həbs olunub. Məlumata əsasən, həmin il kənd təsərrüfatı sərgisinə gəlmiş prezident siyasi fəal Eona əl uzadır, o isə Sarkozi ilə görüşmür. Bundan sonra prezident onu təhqir edən ifadə işlədir.