Ermənistan prezidenti Serj Sarkisyan aprelin 12-si axşam saatlarında Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.
APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatına əsasən, iclasda Dağlıq Qarabağ münaqişəsi zonasında son vəziyyət müzakirə edilib. İclasda Şura üzvlərinin hesabatlarla çıxış etdiyi bildirilir.
Sonda Sarkisyanın müvafiq tapşırıqlar verdiyi bildirilir.