Sarkisyan Ohanyana yeni müavin təyin etdi
02 iyun 2016 20:29 (UTC +04:00)

Sarkisyan Ohanyana yeni müavin təyin etdi

0

Ermənistan naziri Serj Sarkisyan müdafiə nazirinə yeni müavin təyin edib. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu vəzifəyə general David Paxçanyan təyin olunub.  

 

Qeyd edək ki, cəbhə bölgəsində aprelin əvvəlində yaranan gərginlikdən sonra Serj Sarkisyan 3 generalın işdən azad edilməsi ilə bağlı sərəncam verib. Bunlar müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Alik Mirzabekyan, rabitə xidmətlərinin rəisi general-mayor Komitas Muradyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyandır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar