Ruslar və almanlar Venesuelanı şoka saldı: Çavesi mumiyalamaq mümkün olmadı
14 mart 2013 10:52 (UTC +04:00)

Ruslar və almanlar Venesuelanı şoka saldı: Çavesi mumiyalamaq mümkün olmadı

Venesuelanın vəfat etmiş prezidenti Uqo Çavesi mumiyalamaq və mavzoleydə saxlamaq mümkün olmayacaq.

 

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Venesuela prezidenti səlahiyyətlərini icra edən Nikolas Maduro teleefirdə bəyan edib ki, Rusiya və Almaniyadan dəvət edilən mütəxəssislər zaman itkisinə yol verildiyi üçün cəsədin mumiyalanmasının artıq çox mürəkkəb olacağını, mumiyalama prosesinin əvvəldən başlanılmalı olduğunu bildiriblər.

 

Bununla belə, Nikolas Maduro hələ ki, Uqo Çavesin cəsədinin mumiyalanması ideyasından imtina edilməsi barədə yekun qərarın qəbul edildiyini söyləməyib. Lakin Venesuela hökumətindəki mənbələr “Reuters” agentliyinə bildiriblər ki, Uqo Çavesin cəsədinin mumiyalanaraq saxlanılması cəhdi baş tutmayıb və yaxın günlərdə cəsədin  dəfn edilməsi barədə qərar açıqlanacaq.

 

Qeyd edək ki, Uqo Çaves 14 il ərzində Venesuela prezidenti postunu tutub və bu il martın 5-də xərçəng xəstəliyindən vəfat edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1929
avatar

Oxşar yazılar