Rusiyanın neft ixracından gəliri 43,71 faiz azalıb
11 mart 2016 05:58 (UTC +04:00)

Rusiyanın neft ixracından gəliri 43,71 faiz azalıb

2016-cı ilin yanvarında Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər keçən ilin yanvarının  göstəricisi ilə müqayisədə 43,71 faiz – 4,42 mlrd dollaradək azalıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Federal Gömrük Xidmətin məlumatında bildirilir.     

 

Məlumata görə, Rusiya neft ixracının həcmini 2,26% - 19,197 mln tonadək azaldıb. Uzaq xarici ölkələrə neftin ixracı 2,45 faiz – 17,206 mln tonadək azalıb. İxracın həcmi pul vahidində 4,159 mlrd dollar təşkil edib (2015-ci ilin yanvar göstəricinsən 44,7 faiz az). MDB ölkələrinə neftin ixracı 0,55 faiz – 1,99 mln tonadək azalıb, pul vahidində bu göstərici 19,4 faiz – 261 mln dollaradək azalıb.     

 

Neft məhsullarının ixracı 2016-cı ilin yanvarında 25,1 faiz – 10,803 mln tonadək azalıb. Pul vahidində bu göstərici 3,052 mlrd dollar azalıb (2015-ci ilin yanvar göstəricinsən 1,3 dəfə azdır). 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 243
avatar

Oxşar yazılar