Ukraynanın Təhlükəsizlik Xidməti Rusiya müxalifət liderlərindən biri, Boris Nemtsovu ölkəyə buraxmayıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda o, «Qromadske online» telekanalına müsahibəsində bildirib.
Jurnalist Pavel Şermet «Tvitter» səhifəsində yazıb ki, dekabrın 12-də axşam Nemtsov Moskvadan Kiyevə uçub, ancaq Təhlükəsizlik Xidmətinin əməkdaşları onu Ukrayna paytaxtında «Borispol» hava limanında saxlayıb : «Nemtsovun Ukraynaya gəlişinin qadağan edilməsi ilə bağlı Təhlükəsizlik Xidmətinin rəsmi qərarını təqdim ediblər. Onu Moskvaya uçan təyyarəyə mindiriblər.
Ukryna Dövlət Sərhəd Xidməti Nemtsovun sərhəddən buraxılmaması faktını təsdiqləyib.