Rusiyada növbəti yanğın faciəsi: 12 nəfər diri-diri yandı
15 mart 2016 08:23 (UTC +04:00)

Rusiyada növbəti yanğın faciəsi: 12 nəfər diri-diri yandı

Başqırdıstanın Sterlitamak şəhərində yerləşən fərdi birmərtəbəli iki mənzilli evdə baş vermiş yanğın nəticəsində 12 nəfər ölüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə  Başqırdıstan DİN-in məlumatında bildirilir.

 

Məlumata görə, yanan iki mənzildən biri 31 yaşlı kişiyə, digəri isə 53 yaşlı qadına məxsus olub.     

 

Hadisə yerinə Başqırdıstan DİN rəhbəri vəzifəsini müvəqqəti icra edən Viktor Mixaylov gəlib. Yanğının səbəbi araşdırılır.   

 

Polis ölənlərin şəxsiyyətini və hadisənin təfərrüatlarını müəyyənləşdirir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 401
avatar

Oxşar yazılar