Rusiyada məşhur jurnalist döyüldü
25 yanvar 2016 21:29 (UTC +04:00)

Rusiyada məşhur jurnalist döyüldü

Rusiyada məşhur jurnalist qadın vəhşicəsinə döyülüb.

 

Lent.az “Virtualaz.org”-a istinadən xəbər verir ki, jurnalist Larisa Kaftan Moskvadakı mənzilində ağır vəziyyətdə aşkar edilib və reanimasiyaya yerləşdirilib.

 

Mənbə bildirir ki, 55 yaşlı qadında qapalı kəllə-beyin travması və beyin silkələnməsi aşkar edilib. Polis hadisənin təfərrüatlarını aydınlaşdırır.

 

Jurnalist "Komsomolskaya pravda" və "Rossiyskaya qazeta" kimi nüfuzlu mətbu orqanlarının əməkdaşı olub.

 

Larisa Kaftanın qohumlarının sözlərinə görə, o, sadəcə olaraq yıxılıb və zədələnib. Polis isə bunun əksini düşünür, belə ki, jurnalistin mənzilində pul kisəsi tapılmayıb və qapının kilidi sındırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 415
avatar

Oxşar yazılar