Rusiyanın Tomsk vilayətində fərdi evin yanması nəticəsində 3-ü uşaq olmaqla 8 nəfər yanaraq ölüb.
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə vilayət Daxili İşlər Baş İdarəsinin yaydığı xəbərdə bildirilir.
“Aprelin 3-də, saat 22:00 radələrində Tomsk vilayətinin Molçanovsk rayonunda fərdi evdə yanğın baş verib. Yanğının söndürülməsi üzrə əməliyyat aparılarkən evdə 3 qadın, 2 kişi və 2 uşağn meyiti aşkar edilib. Xəstəxanaya çatdırılan daha bir uşaq tibb müəssisəsinin reanimasiya şöbəsində keçinib. Müəyyən edilib ki, ölənlərdən 7-i bir ailənin üzvləridir”, məlumatda deyilir.
Hadisənin başvermə səbəbləri araşdırılır.