Rusiyada ağır qəza: 3 ölü, 6 yaralı
09 iyun 2016 02:33 (UTC +04:00)

Rusiyada ağır qəza: 3 ölü, 6 yaralı

0

Rusiyanın Saratov vilayətində 4 avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, qəza Sızran-Saratov-Volqoqrad yolunun 33-cü kilometrində qeydə alınıb.

 

“KamAZ” markalı yük avtomobili 3 minik avtomobil ilə toqquşub. Hadisə nəticəsində biri uşaq olmaqla 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

 

Hadisə yerində polis və xilasedicilər işləyir. Qəzanın səbəbləri müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 385

Oxşar yazılar