Rusiyada 7 dövlət, 125 özəl universitet səmərəsiz sayılıb
14 dekabr 2013 04:54 (UTC +04:00)

Rusiyada 7 dövlət, 125 özəl universitet səmərəsiz sayılıb

Rusiyanın təhsil və elm nazir Dmitri Livanov aparılan monitorinqin nəticələrini açıqlayıb.

 

Lent.az-ın «intrefaks»-a istinadən məlumatına görə, nazir bildirib ki, 7 dövlət ali məktəbi və 57 dövlət ali məktəbinin filialı nazirliyin qərarı ilə yenidən təşkil olunacaq.

 

O, əlavə edib ki, 125 qeyri-dövlət və 184 ali məktəbin kommersiya filialı tələblərə cavab vermədiyinə, səmərəsiz fəaliyyətinə görə yenidən qurulacaq.

 

Nazirin sözlərinə əsasən, həmin ali təhsil ocaqlarının rəhbərləri tam yenidən qurma ilə bağlı qərar qəbul etməlidir.

 

2014-cü ildə səmərəsiz və tələblərə cavab verməyən bütün ali təhsil ocaqların yoxlama aparılacaq. Mənbə bildirib ki, həmin təhsil müəssisələrində pozuntular aşkarlanarsa, o zaman həmin onların lisenziyaları ləğv ediləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1022
avatar

Oxşar yazılar