APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə “İzvestiya” qəzetinə hökumətdəki mənbələrdən məlumat verilib.
Mənbənin bildirdiyinə görə, hazırda qış vaxtına keçmək çox çətindir: “Çünki artıq dünya teleşirkətləri Soçidə keçiriləcək Olimpiya oyunları ilə bağlı yayım setkasını müəyyən edib və reklam müqavilələri bağlayıblar”.
“İzvestiya” qəzetinin mənbəsi onu da bildirib ki, yazda Rusiya vətəndaşları əlavə bir saat artıq yatacaq. Onun sözlərinə görə, hökumətin qərarı ilə saatın əqrəbləri bir saat geriyə çəkiləcək.
Qeyd edək ki, Rusiyada qış vaxtının ləğv edilməsi ilə bağlı qərar 2011-ci ildə hazırkı baş nazir Dmitri Medvedevin prezidentliyi dövründə verilib.