Rusiya Ukraynaya 15 milyard verə bilər
17 dekabr 2013 03:36 (UTC +04:00)

Rusiya Ukraynaya 15 milyard verə bilər

Bir müddət öncə Avropa Birliyinin Ukraynaya 20 milyard avro kredit verəcəyi barədə razılığın əldə olduğuna dair xəbərlər yayılmışdı. Ancaq sonra bu xəbər avropalılar tərəfindən təkzib edildi.

 

Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, «bloomberg» Moskva ilə Kiyev arasında 15 milyard dollar həcmində kreditlə bağlı danışıqların apardığını bildirib.

 

 

Mənbənin məlumatına əsasən, bu haqda  danışıqlar prosesinə yaxın olanlardan biri xəbəri sızdırıb.

 

Onun sözlərinə görə, Ukrayna bu il 5 milyard dolları ala biləcək. Məbləğin qalan hissəsi isə bir müddət sonra Ukrayna hakimiyyətinə veriləcək.

 

Xəbər rəsmilər tərəfindən təsdiqlənməyib Rusiyanın Maliyyə Nazirliyi isə danışıqlar faktını təsdiqləsə də, ətraflı məlumat verməyib.

 

Məlumata əsasən, Rusiya prezidentinin köməkçisi Andrey Belousov Ukraynanın Rusiyaya kreditlə bağlı müraciət edəcəyini istisna etməyib: «Bu halda məsələ qısa müddət həllini tapacaq».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 895
avatar

Oxşar yazılar