Ukrayna Beynəlxalq Avtomobil daşımaçılıq Assosiasiyası öz saytında bildirib ki, Rusiya ilə sərhəddəki gömrük –keçid məntəqəsində mallara nəzarət gücləndirilib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, saytda bildirilib ki, Rusiya ərazisinə daşınan malların sənədləşdirilməsində və nəzarətində dəyişiklik baş verib.
«Ukraynada istehsal olunan ərzaq məhsullar, maşınqayırma malları, metal və ticarət avadanlığının gömrükdəki qəbuluna da nəzarət dəyişib»-deyə, Ukrayna əmək federasiyası Rusiya ilə sərhəd nəzarətin gücləndirildiyini bildirib.
Məlumata əsasən, Rusiya-Ukrayna sərhəd-keçid məntəqəsində yük maşınlarının uzun növbəsi yaranıb.