Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Türkiyə-Suriya sərhədinin tamamilə bağlanmasının zəruri olduğunu bildirib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Çurkin BMT Təhlükəsizlik Şurasının terrorçuluqla mübarizə mövzusuna həsr olunmuş iclasında çıxışı zamanı bildirib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi çıxışında İŞİD-in nəzarətində olan ərazilərdən neft məhsullarının, mədəni-tarixi irsə aid qədim əşyaların və digər malların bir qisminin Türkiyə ərazisindən keçirilərək satışa çıxarıldığını iddia edərək, Türkiyə-Suriya sərhədinin antiterror məqsədlərlə tam bağlanması məsələsinin aktual olduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ-ın baş katibi Türkiyə-Suriya sərhədinin bağlanması məsələsini müzakirə ediblər.