Rusiya Müdafiə Nazirliyi, Suriyadakı döyüş təyyarələrinin ilk qrupunun ölkədə olan hava bazasından ayrıldığını açıqlayıb.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, Sukhoi-34 bombardmançı təyyarələrdən ibarət qrupun texnik personalı və heyəti Tupolev-154 və İlyushin-76 təyyarələri ilə Suriyadan geri çəkilib.
Xatırladaq ki, dünən Rusiya prezidenti Vladimir Putin Rusiya ordu birləşmələrinin Suriyadan çıxarılmasına başlanması barədə göstəriş vermişdi.