Rusiya S-400 komplekslərini Suriyadan çıxarmayacaq
“Rusiya S-400 zenit-raket komplekslərini Suriyadan çıxarmayacaq”.
Avropa.info xəbər verir ki, bu barədə jurnalistlərlə görüşdə Rusiya prezidenti administrasiyasının başçısı Sergey İvanov danışıb.
Onun sözlərinə görə, zenit kompleksləri Suriyada qalan təyyarələri effektli qorumaq üçün lazım olacaq. Zenit komplekslərindən əlavə bazada dəniz və qurudan gələcək təhlükələrə qarşı müdafiə vasitələri qalacaq.
S-400 kompleksləri dünyanın ən müasir HHM sitemlərindən biri sayılır.
Xatırladaq ki, zenit-raket kompleksləri türk F-16-nın rus Su-24 bombardmançısını vurmasından sonra Suriyaya yerləşdirilmişdi.
284