Rusiya rəsmisi dünyanı nüvə silahı ilə hədələyib
12 dekabr 2013 06:58 (UTC +04:00)

Rusiya rəsmisi dünyanı nüvə silahı ilə hədələyib

Rusiya baş nazirinin müdafiə kompleksi üzrə müavini Dmitri Roqozin bildirib ki, ölkəsinə basqın ediləcəyi halda nüvə silahından istifadə edə bilərlər.

 

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, baş nazir deyib: «Nüvəsiz strateji silahları nə qədər istəsən sınaqdan çıxara bilərsən. Ancaq əgər bizə hücum edilərsə, o zaman biz mütləq nüvə silahının yardımından istifadə edəcəyik».

 

Roqozinin qənaətincə, məhz bu, Rusiyaya təcavüz ehtimalının qarşısını alır. Baş nazirin müavini ölkəsinə qarşı təcavüzün növünü və haradan gələ biləcəyinə aydınlıq gətirməyib.

 

 

«Biz imkanları bərabərləşdirən nüvə silahının rolunu heç vaxt azaltmamışıq»-deyə, o, Dövlət Dumasında «hökumət saatında» çıxışı zamanı bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2276
avatar

Oxşar yazılar