Kanada hərbi-dəniz kəşfiyyatının zabiti kiçik leytenant Cefferi Delayl 20 il müddətinə azadlıqdan məhrum edilib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, Rusiyanın xeyrinə casusluq etdiyini boynuna alıb.
Məlumata əsasən, NATO-nun hərbi bazasında xidmət edən kanadalı zabit gizli xəbəri Rusiyanın xüsusi xidmət orqanlarına ötürməkdə ittiham olunub. Həmin gizli xəbərlərin sızmasından ABŞ, Avstraliya, Britaniya, Kanada və Yeni Zelandiyanın müdafiə qüdrətinə zərər dəyə bilərmiş.
İlkin dinləmələrdə Delayl suçunu bütövlükdə etiraf edərək, əməkdaşlığa görə, ayda 3 min dollar aldığını bildirib.
Prokurorluğun məlumatına əsasən, o, gizli informasiyaları «fleş karta köçürdükdən sonra onu elektron poçtla» Rusiyanın kəşfiyyat mərkəzinə göndərirmiş.