Rusiya Azərbaycan neftinin tranzit qiymətini təklif edib
22 fevral 2014 12:14 (UTC +04:00)

Rusiya Azərbaycan neftinin tranzit qiymətini təklif edib

 Rusiyanın Tariflər üzrə Federal Xidməti Bakı-Novorossiyk kəməri ilə nəql olunan neftin bir tonuna görə 453,95 rubl (təxminən 13 ABŞ dolları və ya 10 Azərbaycan manatı) tarif təyin edilməsini təklif edib.

 

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə xidmətin hazırladığı layihədə deyilir.


Yeni tarif Rusiyanın “Transneft” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan neftinin Rusiya ərazisindən nəqlinə dair bağlanılmış yeni müqaviləyə əsasən qüvvəyə minə bilər.


Qeyd edək ki, Rusiyanın “Transneft” şirkəti Azərbaycan neftinin Rusiya ərazisindən nəqlinə dair bağlanılmış müqavilənin şərtlərini və tariflərini açıqlamır. ARDNŞ də neftin nəqlinə dair əldə olunmuş razılaşmanı hər iki tərəf üçün əlverişli olduğunu bildirərək, ötürüləcək neftin həcmini və tarifini ictimaiyyətə açıqlamır.


Xatırladaq ki, Azərbaycan və Rusiya arasında bağlanılmış dövlətlərarası sazişə görə, Rusiyanın “Transneft” şirkəti ildə 5 mln. ton Azərbaycan neftini ölkəsinə idxal etməli idi. Ancaq faktiki olaraq ARDNŞ-in Rusiyaya ixrac etdiyi xam neftin illik həcmi 2 mln. tondan artıq olmadı. Ötən il isə Bakı-Novorossiysk kəməri ilə ümumilikdə 1,7 mln. ton Azərbaycan neft Rusiyaya nəql olunub.


Bundan öncə Rusiya şirkəti bəyan edib ki, Bakı-Novorossiysk kəməri ilə nəql olunacaq neftin illik həcmi 1,5 mln. ton olduqda onun tarifləri bir tona görə 720 rubl, 1,8 mln. ton olduqda 700 rubl, 5 mln. ton olduqda isə hər tona görə 400 rubl təşkil edə bilər. Bundan əvvəl neftin nəqlinə dair bağlanılmış dövlətlərarası müqaviləyə görə nəql olunan neftin 1 tonu 16 ABŞ dolları təşkil edib.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684
avatar

Oxşar yazılar