Rio-de-Janeyroda qızğın istilərdə 5 günlük kütləvi samba karnavalı açılıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu ənənəvi yürüşdə yarım milyondan çox yerli sakin və turist iştirak edib.
Karnaval günlərində 700-dən artıq küçə tədbirinin keçirilməsi planlaşdıpılıb. Bu gün qeyri-adi paltarlar geyinmiş çeşidli samba məktəblərinin təmsilçiləri arasında yarış başlaycaq.
Şəhər hakimiyyəti karnavala görə milyondan çox turistin gələcəyini gözləyir.