Türkiyənin Reyhanlı qəsəbəsindəki düşərgələrdə məskunlaşmış suriyalı qaçqınlara qarşı terror aktı hazırlayan dəstə həbs olunub. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Hatay valisi Celalettin Lekesiz bildirib. Onun sözlərinə görə, keçirilən əməliyyat zamanı qrupun 6 üzvü həbs olunub.
Cinayətkar qrup Türkiyədə yaşayan suriyalı qaçqınların yaşadığı yerdə partlayışlar törədəcəkmiş.