Qəzza zolağında partlayış nəticəsində 6 fələstinli ölüb. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Fələstinin səhiyyə naziri Əşrəf əl Kidra bildirib.
Fələstində hakim HƏMAS hərəkatının hərbi qanadı insidentin baş verməsində israilli hərbçiləri günahlandırıb.
“Düşmənin hazırladığı mürəkkəb əməliyyat nəticəsində baş vermiş partlayış “İzəddin əl-Kəssam” briqadasının 6 döyüşçüsünün həyatına son qoyub”, - deyə qruplaşmanın məlumatında bildirilir.
İsrail ordusu insidentdən məlumatsız olduğunu iddia edir.