Martın 20-də Qazaxıstanda keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
APA-nın “Novosti – Kazaxstan” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Kuandık Turqankulov bildirib ki, Qazaxıstan Məclisinə “Nur Otan”, Qazaxıstan Kommunist Xalq Partiyası (QKXP) və Ak jol” partiyaları daxil olub.
MSK sədri deyib ki, seçkinin ilkin nəticələrinə əsasən “Nur Otan” 82,15%, QKXP 7,14%, “Ak jol”— 7,18%, “Birlik” — 0,29%, OSDP 1,18% “Auıl” 2% səs toplayıb. Beləliklə, “Nur Otan”, “Ak jol” və QKXP qanunvericilikdə nəzərdə tutulmuş 7 faizlik baryeri keçib və Məclisdə təmsil olunmaq hüququ qazanıb. Səsvermənin yekun nəticəsi martın 26-na qədər açıqlanacaq.