Səudiyyə Ərəbistanının cənub-qərbində krallığın vətəndaşı Həsən Qəzvaninin boynu vurulub.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, şəriət məhkəməsi onu qohumu ilə cinsi əlaqə girməkdə suçlu bilib. Qan qarışığı ilə evlilikdən qadın hamilə qalıb.
Onların qohumluq əlaqəsi haqda məlumat verilməyib.
Məhkəmə Məhəmməd peyğəmbərin bu məsələyə dair «hədisini əsas götürərək», həmin kişi günahkar bilib.
Xatırladaq ki, şəriət qanunlarına əsasən, islamdan çıxan, qatil, cinsi təcavüzkar, narkotik maddə alverçisi haqqında edam hökmü çıxarılır. Müəyyən hallarda suçlu zərərçəkənə və ya o, olmadıqdan onun ailəsinə pul ödədiyi halda edamdan qurtulur.
Rəsmi olmayan mənbələrin məlumatına görə, 2013-cü il başlayandan Səudiyyə Ərəbistanında 74 nəfər edam edilib. 2012-ci ildə isə belə cinayətkarların sayı 76 nəfər olub.