Martın 15-də Rusiya prezidenti Vladimir Putin Velorus həmkarı Aleksandr Lukaşenko ilə Sankt-Peterburqda görüşərək “Vahid dövlət” ideyasını müzakirə edib.
Lent.az-ın məlumatına əsasən, onlar təkbətək müzakirədən sonra Rusiya-Belorus Vahid Dövlət Ali Şurasının iclasına qatılıb.
Şurada çıxışında Lukaşenko bildirib ki, Vahid Dövlət istiqamətində proseslərin inkişafı onların inteqrasiya siyasətini inamla apardıqlarını göstəricisidir.
Rusiyanın iqtisadiyyat naziri Anton Siluanov isə toplantıdan sonra jurnalistlərə prezidentlərin həm də Belorusa Moskvanın 2 milyard dollar borc verməsi imkanlarını müzakirə etdiklərini də söyləyib.
Belorus xarici borclarını qaytarmaq və yerli valyutanı kəskin inflyasiyadan qorumaq üçün təcili yardıma ehtiyac olduğunu bildirir. Minsk bu il Rusiya və beynəlxalq Valyuta Fonduna 1,3 milyard dollar borcunu qaytarmalıdır.
Keçən il isə Beynəlxalq Valyuta Fondu avtoritar Lukaşenko islahatlardan imtina etdiyi üçün Belorusla proqramlarını daha davam etdirməyəcəyini bildirib.