Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət katibi Sergey Lavrov arasında görüş 4 saat davam edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, görüşdə Rusiya XİN rəhbəri Sergey Lavrov iştirak edib.
Rusiya prezidenti görüşdə ABŞ nümayəndələrinin Moskvaya işgüzar səfərlərinə həmişə məmnun olduğunu bildirib: “Çünki bu görüşlər müəyyən məsələlərdə həmfikirliyə, ikitərəfli və beynəlxalq məsələlərdə irəliləyişə nail olmağa şans yaradır”.
Kerri, öz növbəsində, Ukraynadakı vəziyyətin tezliklə nizamlanmasına dair ABŞ-ın bir sıra planını müzakirə etməyi təklif edib.
Daha sonra görüş qapalı keçirilib.