Putini gizlicə xristianlaşdırıblar
23 iyul 2013 05:37 (UTC +04:00)

Putini gizlicə xristianlaşdırıblar

Rusiya prezidenti Vladimir Putin uşaqlıqda atasından gizli anasının onu xaç suyuna saldığını söyləyib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, buna səbəb kimi o, atasının Kommunist Partiyasının üzvü olduğunu göstərib.

 

«Atam partiya funksioner deyildi. Adi fəhlə idi Ancaq zavoddakı sexdə partiya fəallarından sayılırdı. Anam məni ondan gizli xaç suyuna salıb. Nəticədə bu mənə və ailəmizə təsir göstərib» - deyə, Rusiya lideri «Rusun ikinci xaç suyu » sənədli filmində etiraf edib.

 

Həmin filmdə Putin Rusiyada prvoslavlığın mənəvi rolundan danışıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2100
avatar

Oxşar yazılar