Putin Özbəkistanın 865 mln dollar borcunu sildi
06 aprel 2016 05:35 (UTC +04:00)

Putin Özbəkistanın 865 mln dollar borcunu sildi

Rusiya prezidenti Vladimir Putin  Özbəkistanın 865 mln dollar borcunun silinməsi barədə razılaşmanın ratifikasiya olunması barədə qanunu imzalayıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, 2014-cü ilin sonunda imzalanmış sazişin çərçivəsində SSRİ-nin süqutu ilə bağlı qarşılıqlı iddiaların və Özbəkistanın 1992-93-cü illərdə aldığı kreditlərlə bağlı iddiaların nizamlanması nəzərdə tutulub.   

 

Qeyd edək ki, 2014-cü ilin noyabrın 1-nə olan məlumata görə, Özbəkistanın borcu 889,3 mln dollar təşkil edib, onlardan 388,7 mln dolları faizdir. Özbəkistan borcun yalnız 43,1 mln dollar məbləğində olduğunu etiraf edib, həmçinin keçmiş SSRİ-nin Almaz Fondunda paya malik olduğunu bildirib.   

 

Sazişin şərtlərinə əsasən, tərəflər  qarşılıqlı iddialardan imtina edir, Özbəkistan isə üzərinə Rusiyaya yalnız  25 mln dollar ödənilməsinə dair öhdəlik götürüb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 138
avatar

Oxşar yazılar