Prezident bir aylıq maaşını terrorçuluqla mübarizəyə ayırdı
12 mart 2016 22:49 (UTC +04:00)

Prezident bir aylıq maaşını terrorçuluqla mübarizəyə ayırdı

Tunis prezidenti Beji Kaid əs-Səbsi bir aylıq maaşını terrorçuluqla mübarizəyə ianə edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, vəsaitlər həlak olan güc strukturlarının  əməkdaşlarının və mülki şəxslərin ailələrinə yardım, həmçinin, ölkənin təhlükəsizlik qüvvələrinin dəstəklənməsi üçün nəzərdə tutulub.  

 

Tunisin  baş naziri Həbib əs-Sid dövlət başçısının bu təşəbbüsünü nümunə götürərək, hökumət üzvlərini və yüksək vəzifəli məmurları bir günlük maaşlarını terrorçuluqla mübarizəyə ianə etməyə çağırıb.   

 

İanələrin toplanması məqsədi ilə Tunis poçtunda xüsusi hesab açılıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Oxşar yazılar