Ukrayna prezidenti Pyotr Poroşenko bir il ərzində Donbas üzərində nəzarəti sülh yolu ilə bərpa edəcəyini vəd edib. APA-nın nəlumatına görə, Poroşenko bunu “TRT World” telekanalına müsahibəsində bildirib.
“Prezident müsahibəsində bildirib ki, Ukrayna bir il ərzində Donbası dinc yolla geri qaytaracaq”, - deyə Poroşenkonun mətbuat xidmətinin açıqlamasında bildirilir. Lakin, məlumatda konkret il açıqlanmır.