Peterburqda 3 yaşlı azərbaycanlı uşaq özünü güllələdi
25 aprel 2016 10:28 (UTC +04:00)

Peterburqda 3 yaşlı azərbaycanlı uşaq özünü güllələdi

Rusiyanın Sankt-Peterburq şəhərində 3 yaşlı uşaq özünü güllələyib. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə,  hadisə uşağın atası, 36 yaşlı Səxavət Hacıyevin maşınında baş verib. Bir neçə dəqiqəlik uşağı maşında tək qoyan ata geri qayıdanda oğlunu qan  içində görüb və dərhal da təcili yardıma zəng edib.

Hadisə yerinə gələn həkimlər uşağı xilas edə biliblər. Uşaq hazırda Sankt-Peterburq Dövlət Pediatriya Universitetinin klinikasında müalicə olunur.

İlkin araşdırma zamanı məlum olub ki, 3 yaşlı uşaq atasının pnevmatik tapançasıyla oynayarkən qəfil güllə açılıb və onun boynuna dəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 248
avatar

Oxşar yazılar