Pentaqonun yeni başçısını komitə təsdiqləyib
13 fevral 2013 07:50 (UTC +04:00)

Pentaqonun yeni başçısını komitə təsdiqləyib

 ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsi Çaka Heyqelin Petaqona başçılığına namizədliyini təsdiqləyib.

 

Lent.az-ın «RİA-Novosti» istinadən məlumatına görə, komitə üzvlərindən 14 onun lehinə, 11-i əleyhinə səs verib.

 

Ötən həftəki 8 saatlıq dinləmədə müdafiə naziri vəzifəsinə namizəddən Yaxın Şərq üzrə mövqeyini, özəlliklə «HƏMAS» və İranla danışıqlara dair açıqlamasını istəyiblər.

 

Heyqel açıq-aydın bildirib ki, ABŞ-a başlıca təhlükəni Şimali Koreya, İran və Pakistan yaradır. Bununla da o, özündən əvvəlki nazirlər Robert Qeyts və Leon Panettanın davamçısı olacağını bəyan edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528
avatar

Oxşar yazılar