Pentaqon Dövlət Departamentinin Ukraynaya letal (öldürücü) silah satmaq qərarını dəstəkləyəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ müdafiə nazirinin müavini Patrik Şenaxan bildirib.
“Siz yəqin bilirsiniz ki, bu cür qərarları Dövlət Departamenti qəbul edir. Onlar qərar verdikdən sonra, biz onu Dövlət Departamentinin adından irəli sürəcəyik. Biz qərarı dəstəkləyirik və Dövlət Departamentindən göstərişlər gözləyirik”, - deyə o bildirib.