ABŞ-ın müdafiə naziri Çak Heygel ukraynalı həmkarı Pavel Lebedevi Kiyevdə etiraz aksiyalarına qarşı hərbi gücdən «istənilən şəkildə» istifadə etməkdən çəkinməyə çağırıb.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «France24» telekanalı xəbər yayıb.
Mənbə bildirib ki, dekabrın 11-də nazirlər arasında telefon danışığı olub.
Pentaqonun mətbuat xidmətinin məlumatına əsasən, Ç.Heygel həmkarına deyib: «Dinc nümayişlərin dağıdılmasında hərbçilərin istənilən şəkildə iştirakı onların nüfuzuna zərbə vurur».
Amerikalı nazir P.Lebedevi xəbərdar edib ki, Ukrayna silahlı qüvvələrindən mülki vətəndaşlara qarşı istənilən halda istifadə edilməsi «yolverilməzdir».