Pentaqon rəhbəri Eşton Karter Rusiyanı ABŞ üçün bir nömrəli təhlükə adlandırıb. APA-nın xəbərinə görə, Karter bu barədə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxışı zamanı bildirib.
“Bu gün mən ABŞ üçün təhlükə yaradan beş əsas çağırışlardan danışacağam. Bu Rusiya, Çin, KXDR, İran və terrorçuluqdur”, - deyə Karter qeyd edib.
Pentaqon rəhbərinin çıxışı, ümumilikdə, qurumun inkişaf perspektivlərinə həsr olunub.