Pekinə etiraz edən monax özünü yandırıb
17 mart 2013 07:50 (UTC +04:00)

Pekinə etiraz edən monax özünü yandırıb

Çinin Sıçuan əyalətində rəsmi Pekinin tibetlilərə qarşı siyasətinə etiraz olaraq, Tibet monaxı özünü yandırıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, mühacirət olan Tibet hökuməti bildirib ki, 28 yaşlı monax üzərinə benzin tökərək, özünü yandırıb.

 

Yaxınlarının etirazına baxmayaraq, polis onun cəsədini yerləşdirildiyi xəstəxanadan aparıb.

 

Xatırladaq ki, 2009-cu ildən bəri Çin hakimiyyətinin Tibetdəki siyasətinə etiraz olaraq, yüzdən çox tibetli özünü yandırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 947
avatar

Oxşar yazılar