Payızda Ukraynanın konstitusiyası dəyişə bilər
01 fevral 2014 06:33 (UTC +04:00)

Payızda Ukraynanın konstitusiyası dəyişə bilər

Ukrayna parlamentinin sədri Vladimir Rıbak ölkə Ana Yasasında dəyişikliyin 2014-cü ilin payızından tez olmayacağını bildirib.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, telejurnalistlərə açıqlamasında o, deyib: «Dəyişikliklər üçün azı iki sessiya tələb olunur. Deputatlar istəyərlərsə, 2014-cü il ərzində konstitusiyaya dəyişiklik etmək olar».

 

O, dəyişikliklərlə bağlı uyğun təklifi fevralın 4-də parlamentin növbəti sessiyasında gündəliyə çıxarılmasının mümkünlüyünü söyləyib.

 

«Bundan sonra payızda, əgər təkliflərin referenduma çıxarılmasına ehtiyac olmazsa, onda  növbəti sessiyada biz dəyişiklikləri qəbul edə bilərik» - deyə, sədr vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 433
avatar

Oxşar yazılar