Paşinyan: “Ermənistan KTMT-də qalacaq”
27 aprel 2018 21:08 (UTC +04:00)

Paşinyan: “Ermənistan KTMT-də qalacaq”

0

Hakimiyyət dəyişikliyindən sonra Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzv kimi qalacaq.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu etiraz hərəkatının lideri Nikol Paşinyan Gümrüdə keçirdiyi mitinqdə bəyan edib.

 

“Ermənistanın KTMT-də qalacağına zəmanət verirəm. Çünki bu Ermənistanın milli maraqlarına cavab verir”, deyə N.Paşinyan vurğulayıb.

 

Onun sözlərinə görə, rəhbərlik etdiyi hərəkət Rusiyaya qarşı düşmən mövqedə deyil və ölkəni düşüncəsiz, macəralı yola yönəltməyəcək.

 

Paşinyan hökuməti istefa verməyə və ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə çağırıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 422

Oxşar yazılar