Sabiq məhkəmə sədrinin Bakıda obyekti olub? – Özü cavablayır
20 iyul 2026 11:36 (UTC +04:00)

Sabiq məhkəmə sədrinin Bakıda obyekti olub? – Özü cavablayır

0

Əməkdar hüquqşünas İkram Kərimov APA-nın “Əsrin yaşıdı” layihəsində

Layihənin on beşinci yazısı

Dosye: İkram Kərimov 1942-ci ildə Kürdəmir şəhərində anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1966-1978-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi vəzifələrində, 1978-1987-ci illərdə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – istintaq şöbəsinin rəisi işləyib. 1987-2012-ci illərdə Bakı şəhər məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin sədri və Şimal-Şərq bölgəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb.

Dörd kitab müəllifidir.

Lent.az həmin müsahibədən bir hissəni təqdim edir: 

- Salam, İkram müəllim, gəlmək olar?

- Keç-keç.

- Uşağı gördüm...

- Nəvəmdir.

Onun dəvəti ilə birbaşa kabinetə keçirik.

- Allah saxlasın, sizə kömək edir?

- Əyləşin.

- Necəsiniz?

- Çox yorğunam, amma yaxşıyam.

- Bura ofisinizdir?

- Ofis deyəndə...

Nə mən sahibkaram, nə də ailəmdə sahibkar var

- Uşağı gördüm, bilmədim evdir, ya ofisdir, ayaqqabımı soyunum, yoxsa...

- Rəsmiyyətdə mənzildir. Amma... Ofis deyəndə çoxları elə bilir, sahibkarlıq fəaliyyəti ilə məşğul olursan.

- Siz isə burada yaradıcılıqla məşğul olursunuz.

- Bəli.

- Obyektləriniz yoxdur?

- Yox, yox, nə mən sahibkaram, nə də ailəmdə sahibkar var.

- Nə əcəb heç vaxt obyektiniz olmayıb?

- Qanun qadağan edib. Daşıdığım vəzifələrlə düz gəlmirdi.

- Ay İkram müəllim, qanun çox şeyi qadağan edir.

- Mən riayət edənlərdən olmuşam.

- Ətrafınızda çox adam da riayət etməyib.

- Ətrafımda yox, elə tabeçiliyimdə işləyənlər, yaxud məndən vəzifəcə yuxarıda işləyənlər əməl etməyib... Oğul, bilirsən necədir? Sahibkarlıqla məşğul olmaq istəyirsən, get ol, kim qadağan edir?

189 hakimlə işləmişəm, biri də deyə bilməz ki, mənə rüşvət verib

- Bəziləri sizin sahəyə ona görə gəlir ki, özünə şərait qursun. Binayi-qədimdən belə olub.

- Mən eləməmişəm. Mən 14 ilə yaxın Bakı Şəhər Məhkəməsinin sədri olmuşam. Səbail rayonunun da bir icra başçısı vardı, indi də durur. Bir gün rayonun məhkəmə sədri yanıma gəldi. Rəhmətə gedib. Ad çəkməyəcəm, dedi ki, başçı səndən “Forma 2” istəyir, soruşdum neyləyir, dedi, sənə Badamdardan 12 sot torpaq sahəsi ayırmaq istəyir. Dedim, mənə lazım deyil, istəmirəm. Sədr getdi, bir müddətdən sonra yenə gəldi, dedi, başçı deyir, ehtiyacı yoxdursa da hasara alar, qalar, lap biz hasara aldırıb verərik, götürsün. Yenə dedim, ehtiyacım yoxdur. Mənim Mərdəkanda bağım var. Sovet vaxtı dövlət pulsuz verib. Hardasa on gün keçmişdi, gördüm Nazirlər Kabinetinin iclası gedir. İclası da Heydər Əliyev aparır. Birdən Prezident çıxışında dedi ki, Badamdarda torpaq sahələri dağıdılır, vəzifəli şəxslərə verilir. Ad çəkmədi. Nazirin müavini yerindən qalxaraq dedi ki, məndə onların siyahısı var. Belə deyəndə Heydər Əliyev qayıtdı ki, əyləşin. Fikirləşdim ki, o siyahıda mən də olsaydım, nə olardı?

- Ailənizdə də deməyiblər ki, niyə bizim obyektlərimiz yoxdur? Niyə bu qədər fürsəti qaçırırsan?

- Mənim övladlarım o tərbiyədə olmayıblar. Ancaq istəsəydilər də deyə bilməzdilər. Sənə bir şey deyim. Mənim dörd kitabım çıxıb. O kitabların birində Aydın Ağazadə adlı bir jurnalistin yazısı var. Biz o vaxtı Xəlil Rzanın məsələsinə baxanda təzyiqlər çox oldu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 968

Oxşar yazılar