Türkiyədə gənənin dişlədiyi polis öldü
14 avqust 2026 10:51 (UTC +04:00)

Türkiyədə gənənin dişlədiyi polis öldü

0

Türkiyənin Tokat vilayətinin Zilə rayonunda çalışan 48 yaşlı polis əməkdaşı A.K. gənə dişləməsindən sonra xəstəxanada həyatını itirib.

Lent.az-ın yerli mediaya istinadən məlumatına görə, polis əməkdaşı üç gün əvvəl yüksək hərarət şikayəti ilə Zilə Dövlət Xəstəxanasına müraciət edib.

İlkin müayinədən sonra o, əlavə müalicə üçün Samsun Şəhər Xəstəxanasına göndərilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, polis əməkdaşının həyatını xilas etmək mümkün olmayıb. Onun Krım-Konqo hemorragik qızdırması səbəbindən öldüyü ehtimal edilir. Ölümün dəqiq səbəbi ekspertizanın nəticəsindən sonra müəyyənləşəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar