Fevralın 11-də Roma Papasının istefa verəcəyi barədə sensasiyalı xəbər yayıldı. Həmin xəbərə əsasən, katolik kilsəsinin başçısı fevralın 28-də öz qərarını rəsmi şəkildə açıqlayacaq.
Bunun ardınca daha bir sürpriz informasiya diqqətləri özünə cəlb edib.
Lent.az-ın Türkiyi NTV-sinə istinadən məlumatına görə, İngiltərədə çıxan «Qardian» qəzeti yazıb ki, 16-cı Benediktin yerinə ən güclü namizəd Qanadan olan kardianl Peret Turksondur.
Xəbərə əsasən, afrikalı bir keşişin Vatikana başçılıq etməsi indiki vəziyyət üçün «çox uğundur».
Turkson 16-cı Benedikt tərəfindən 2009-cu ildə Papalıq Ədalət və Sülh şurasının başçısı təyin edilib. Şura sədri bir müddət öncə bildirmişdi ki, Avropa müsəlmanların sayının sürətlə artması nəticəsində 40 ildən sonra Fransa «İslam Respublikasına çevriləcək».
Qeyd edək ki, 265-ci Roma papası olan XVI Benedikt Roma Katolik Kilsəsinə 2005-ci ildən başçılıq etməyə başlayıb. Ondan əvvəl, 1415-ci ildə, istefa verən yeganə papa XII Qriqori olub.