Romanın yeni papası Fransisk bu adı götürməyinin səbəbini jurnalistlərə açıqlayıb.
Papa adı haqda açıqlama verib
Lent.az-ın «İNTERFAKS»-a istinadən məlumatına görə, o, deyib : «Fransisk Assizsk adını eşidən hər kəs ilk növbədə kasıblara yardımın vacibliyini xatırlayır».
Papa daha sonra bildirib ki, səslər sayılan zaman Braziliyadan olan kardinal Klaudiu Ummis ona yaxınlaşaraq, deyib: «Yoxsulları unutma».
«Onda mənə belə bir fikri agah oldu - seçilsəm müqəddəs Fransisk Assizskin şərəfinə bu adı özümə götürməliyəm»- deyə, papa Fransisk söyləyib.
Qeyd edək ki, martın 19-da onun rəsmi tacqoyması, 23-də isə XVI Benediktlə görüşü planlaşdırılıb.
Xatırladaq ki, latınca Franciscus Assisiensis, italiyanca Giovanni di Pietro Bernardone adlanan Fransis Assizsk 1182-ci il iyulun 5 anadan olub, 1226-cı ilə oktyabrın 3-də vəfat edib. Yoxsullara əl tutub, «Yoxsulluq ordeni» onun adı ilə bağlıdır.
Yeni papanın əsl adı isə belədir Xorxe Mario Berqalio.
O, Buenos-Ayres yepiskopu olub. Papa Fransisk adını götürüb.
1179