Roma Papası XVI Benedikt taxt-tacdan imtina etmək niyyətindədir.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, papa bu qərarını fevralın 28-də elan etmək niyyətindədir. Bu barədə o, kardinallarla keçirdiyi toplantıda bildirib. Bu qərarın səbəbləri hələlik bilinmir.
Qeyd edək ki, 265-ci Roma papası olan XVI Benedikt Roma Katolik Kilsəsinə 2005-ci ildən başçılıq etməyə başlayıb. Ondan əvvəl istefa verən yeganə papa 1415-ci ildə bu addımı atan XII Qriqori olub.