Pakistanın şimal-qərbində bir tibb işçisi və iki polis öldürülüb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, polislər uşaqları poliomielitə qarşı peyvənd etməyə gedən həkimi müşayiət edirmiş.
Yolda onlara 4 yaraqlı basqın edib.
Başqa bir olayda isə həkim növbətçilikdən qayıdarkən evinin yaxınlığında öldürülüb.
Mənbə bildirib ki, taliblər uşaqların bu xəstəliyə qarşı peyvənd edilməsinin əleyhinədir. Onlar hesab edir ki, beynəlxalq təşkilatlar adı altında xarici dövlətlərin casusluq şəbəkəsi fəaliyyət göstərir.