Azərbaycanın Pakistandakı səfirliyində mərhum prezident Heydər Əliyevin anım mərasimi keçirilib.
Səfirlikdən Lent.az-a daxil olan məlumata görə, mərasimdə çıxış edən səfir Daşqın Şikarov Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çıxış edib.
Səfir deyib ki, Heydər Əliyev qüdrətli dövlət qurmaqla və onun sürətli sosial-iqtisadi inkişafının möhkəm əsaslarını formalaşdırmaqla bərabər, həm də Azərbaycan dövlətinin xarici siyasətinin, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrinin milli maraqlara, uzaqgörən siyasi perspektivlərə əsaslanan xətt üzrə inkişafını təmin edib.
Daha sonra Pakistanın Bari İmam ziyarətgahında 300 nəfərdən çox imkansız insana ehsan verilib.
Eyni zamanda, bu gün Pakistanın “DNA NEWS” informasiya agentliyi və “Centreline” jurnalında Sülh və Diplomatiya institutunun direktoru Məhəmmməd Asif Nurun “Müasir Azərbaycanın memarı” adlı məqaləsi dərc edilib.