Özgəcanın qatili həbsxanada öldürüldü
11 aprel 2016 18:24 (UTC +04:00)

Özgəcanın qatili həbsxanada öldürüldü

Ölümü ilə bütün Türkiyəni ayağa qaldıran tələbə Özgecan Aslanın qatili Ahmet Suphi Altındöken və atası Necmettin Altındöken saxlanıldıqladı həbsxanada silahlı hücuma məruz qalıb.

 

Lent.az-ın Hüriyyət-ə istinadən məlumatına görə, yaralanan ata ilə oğul  təcili yardım vasitəsilə xəstəxanaya aparılıb. Ahmet sinəsindən bir, atası isə qarın boşluğu və bud nahiyəsindən silahla vurulub. Oğul Altındökənin həyatını xilas etmək mümkün olmayıb. 

 

Qeyd edək ki, Mərsində Universitetinin I kurs tələbəsi olan alan Özgəcan Aslan keçən il fevral ayında öldürülmüşdü. O, universitetdən çıxaraq yaşadığı Mərsin vilayətinə getmək üçün şəhər arası işləyən kiçik həcmli avtobusların birinə minib və daha sonra ondan xəbər alınmayıb. Axşam qızlarının evə gəlməməsindən narahat olan ailə elə həmin gün polisə müraciət edib.

 

 

Hadisənin səhərisi qızın itkin düşdüyü ərazinin yaxınlığında bir avtobus sürücünün özünü şübhəli aparması diqqəti cəlb edib və avtobusda aparılan araşdırmalar zamanı qan izinə rastlanılıb.

 

Cinayətkar avtobusda Özgəcanın yeganə qız olduğunu görərək əsas yoldan çıxdığını, onu kimsəsiz bir əraziyə gətirərək təcavüz etdiyini və daha sonra izi itirmək üçün atasının yardımı ilə cəsədi yandıraraq yaxınlıqda keçən çaya atdığını etiraf edib. Hadisə Suphi Altındökən adlı avtobus sürücüsü tərəfindən törədilsə də, o hadisədən dərhal sonra atasının yanına gəlib və ondan kömək istəyib. Cinayəti gizlədilməsində iştirak edən Suphi Altındökənin dostu Fatih Gökcə də saxlanılıb.

 

Hər 3 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239
avatar

Oxşar yazılar