Oman «ərəblərin dövlətüstü» birliyinə qarşı
08 dekabr 2013 07:14 (UTC +04:00)

Oman «ərəblərin dövlətüstü» birliyinə qarşı

Bəhreynin paytaxtı Manamada Körfəz Əməkdaşlıq Şurasına daxil olan dövlətlərin sıx birliyi təşəbbüsü məsələsi müzakirə edilib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirliyi və Oman bu quruma daxildir.

 

Omanın xarici işlər naziri Yusif bin-Alauin bin –Abdulla bildirib ki, ölkəsi belə bir ittifaqa qarşıdır. Səudiyyə Ərəbistanını xarici işlər naziri Nizar Mədəni körfəz dövlətlərinin mövcud təhlükəyə qarşı müqavimət göstərmək üçün daha sıx birləşməklə  bağlı çıxışından sonra o, bu bəyanatı verib.

 

Omanlı nazir deyib ki, sultanlıq bu birliyi pozmaq niyyətində olmasa da, belə bir quruma qatılmayacaq.

 

Mənbə xatırladıb ki, hələ 2011-ci ildə Səudiyyə Ərəbistanı körfəz ölkələrini bəsit əməkdaşlıqdan daha çıx birliyə çağırmışdı. Onda Bəhreyn kralı bu təşəbbüsü dəstəkləmişdi .Ancaq şuranın bəzi üzvləri «ərəblərin dövlətüstü»  birliyinə ehtiyatla yanaşdıqların bəyan etmişdi.

 

Ötən dövr ərzində Küveyt və Qətər Səudiyyə kralı Abdullanın təklifinə razılıq verib, Birləşmiş Ərəb Əmirliyinin mövqeyi isə hələ aydın deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684
avatar

Oxşar yazılar